Misli Premyer Liqasının XXXVI turu çərçivəsində keçirilən "Araz-Naxçıvan" - "Zirə" oyunundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçi Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Komandamı təbrik edirəm. Mövsüm ərzində böyük iş gördülər. İlk toplanışdan iddialarını ortaya qoydular və mövsümü layiq olduqları yerdə başa vurdular. Buna görə də onlara təşəkkür edirəm.

Gələcəklə bağlı indidən nəsə deyə bilmərəm. Hələ rəhbərliklə söhbətimiz olmayıb. İstənilən halda komandaya uğur arzulayıram. Komanda mənim üçün doğmadır. Çünki birlikdə çox çətin yol qət etmişik".